Tarix: 12-03-2019 09:38                                                                                                 Oxundu:203

NATO: “Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər”

“Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay İrəvanda jurnalistlərə bildirib.

“Biz münaqişələrin həllinə cəlb olunmuruq, amma müttəfiqlərimiz və tərəfdaşlarımız regionda sülh olmasında maraqlıdır… NATO-nun rəyincə, bu münaqişə yalnız sülh yolu ilə həll oluna bilər, uğurlu hərbi variant yoxdur. Bu mövqeyi bütün tərəflərin nəzərinə çatdırıram”, – deyə o qeyd edib.