Tarix: 21-02-2019 08:58                                                                                                 Oxundu:223

Avropa ölkəsi müharibəyə hazırlaşır

Estoniya Hərbi İnvestisiya Mərkəzinin müdafiə xərcləri şöbəsinin rəhbəri Kusti Salm deyib ki, onun ölkəsi müharibəyə hazırlaşır.

RİA Novosti xəbər verir ki, bu barədə o, iqtisadi təhlükəsizlik məsələlərinə həsr olunmuş “Eesti 100Pluss Visioon” konfransında çıxışı zamanı deyib:

“Estoniyada müdafiə xərclərinin mahiyyətinə nəzər salsaq, ölkənin müharibəyə hazırlaşdığını deyə bilərik.Bu gün aldığımız silahlar, keçirdiyimiz təlimlər – müharibəyə hazırlıqdır”.

Dövlət rəsmisi Estoniyanın məhz hansı respublikaya qarşı müharibəyə hazırlaşdığını söyləməyib.