Tarix: 02-06-2020 22:24                                                                                                 Oxundu:25

Şagirdlərin dərslikləri nə vaxt qaytaracağı açıqlanıb

Təhsil işçilərindən, məktəb və sinif rəhbərlərindən xahiş edirəm ki, Təhsil Nazirliyinin verdiyi təlimatları diqqətlə oxusunlar. XI siniflərin dərsliklərini qaytarması bu il iyunun 15-nə qədər davam etməlidir".

Xezerxeber.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin şöbə müdirinin müavini, sektor müdiri Orxan Abbasov bildirib.

Onun sözlərinə görə, II-IV, VI-VIII, X siniflərdə bu proses 1-15 avqustda davam edəcək. I-V siniflərdə dərsliklərin qaytarılması 1-15 sentyabrda davam edəcək. İstənilən fiziki təmas prosesində Operativ Qərargahın qaydalarına əməl edilməlidir.