Tarix: 10-02-2020 15:44                                                                                                 Oxundu:39

İmamverdi İsmayılov qalib elan olunmadı

“125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən qalib namizəd müəyyənləşməyib”.

Bunu MSK sədri Məzahir Pənahov bildirib.

Onun sözllərinə görə, bu dairədən MSK-ya qanun pozuntuları ilə bağlı ciddi müraciətlər daxil olub.

Ola bilsin bu dairədə seçkilər yenidən keçirilsin. Əldə etdiyimiz məlumata görə, İmamverdi ismayılov yenidən namizədliyini irəli sürməyəcək.

Qeyd edək ki, 33 Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 60 saylı Salyan-Neftçala, 74 saylı Lənkəran Kənd, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan və 81 saylı Beyləqan Seçki Dairələrindən daxil olan çox ciddi müraciətlər MSK tərəfindən araşdırılır.(Konkret.az)