Tarix: 10-02-2020 12:16                                                                                                 Oxundu:25

Milli Məclisə 22 xanım deputat seçilib, onlardan 10-u yenidir — SİYAHI

Fevralın 9-da Milli Məclisə keçirilən növbədənkənar parlament seçkilərində Mərkəzi Seçki Komissiyasının (MSK) elan etdiyi nəticələrə görə, 22 xanım deputatla parlamentin yeni tərkibində təmsil olunacaqlar.
“Ölkə.Az” xəbər verir ki, MSK hələlik 125 seçki dairəsində 119-da ilkin nəticələri açıqlayıb. Açıqlanan nəticələrdə 119 deputatın 22-i xanım deputatlardır. Onların böyük əksəriyyəti əvvəlki çağırışlarda deputat olanlardır. Bunlar Məlahət İbrahimqızı, Sevinc Fətəliyeva,Qənirə Paşayeva, Jalə Əliyeva, Sevinc Hüseynova, Kamilə Əliyeva, Aqiyə Naxşıvanlı, Ülviyyə Ağayeva, Pərvin Kərimzadə, Sədaqət Vəliyeva, Sahibə Qafarova,Ülviyyə Həmzəyevadır.
Bununla belə Milli Məclisin yeni tərkibində ilk dəfə seçilən xanımlar da olacaq. Beləliklə12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki dairəsindən seçilən ən gənc xanım Xasıyeva Səbinə, 24 saylı Nizamı seçki dairəsindən Könül Nurullayeva, 29 saylı Səbail seçki dairəsindən Nigar Arpadarai, 32 saylı Suraxanı seçki dairəsindən Həsənova Afət, 41 saylı Sumqayıt seçki dairəsindən Hicran Hüseynova, 56 saylı Xaçmaz kənd seçki dairəsindən Sevil Mikayılova, 57 saylı Kürdəmir seçki dairəsindən Ağazadə Əminə, 59 saylı Salyan seçki dairəsindən Əhmədova Jalə, 85 saylı Şamaxı seçki dairəsindən Cəfərova Tamam, 93 saylı Bərdə seçki dairəsindən Yıldırım Fatma yeni tərkibə seçilən yeni xanım deputatlardandır.