Tarix: 06-11-2019 14:27                                                                                                 Oxundu:21

Müdafiə naziri: “Rəsmi Yerevan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları qəsdən yubadır”

“Rəsmi Yerevan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə sülh danışıqlarını qəsdən yubadır”.

“Report” xəbər verir ki, bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 6-da Litvanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas ilə görüşdə deyib.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq sülh danışıqlarının rəsmi Yerevan tərəfindən qəsdən yubadıldığını vurğulayıb.