Tarix: 05-11-2019 12:17                                                                                                 Oxundu:16

Milli Məclisdə büdcə müzakirələri başladı

Milli Məclisdə 2020-ci ilin büdcə zərfinin müzakirələri başlayıb.
Ggələn ilin büdcəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında müzakirə olunur.
Büdcəyə növbəti günlərdə digər komitələrdə də baxılacaq.

Qeyd edək ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 134,5 milyon manat, xərcləri isə 26 913,7 milyon manat proqnozlaşdırılır.