Tarix: 15-03-2019 11:46                                                                                                 Oxundu:37
Virtual karabakh

Novruz Məmmədov bu gün parlamentdə hesabat verəcək

Martın 15-də Azərbaycan Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Parlamentin sabah keçiriləcək növbəti plenar iclasına bir məsələ daxil edilib. Deputatlar bu gün Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatını dinləyəcək və hesabatla bağlı fikirlərini səsləndirib, görülən işlər, problemli sahələrlə bağlı təkliflərini irəli sürəcək, həmçinin hökumətin bir illik fəaliyyətinə qiymət verəcəklər.

Azərbaycan hökuməti adından hesabatı baş nazir Novruz Məmmədov təqdim edəcək.

Qeyd edək ki, bu, N.Məmmədovun parlamentə təqdim edəcəyi ilk hesabatdır.
Plenar iclasda hökumət üzvləri də iştirak edəcəklər.

Xatırladaq ki, Novruz Məmmədov ötən il aprelin 21-də Baş nazir vəzifəsinə təyin edilib.

Digər Dünya xəbərləri