Tarix: 12-02-2018 23:34                                                                                                 Oxundu:127
Virtual karabakh

Arzu Rəhimov ordenlə təltif edildi — Sərəncam

Azərbaycan prezidenti İlham Əliyev Arzu Yusif oğlu Rəhimovun II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
"Ölkə.Az"ın məlumatına görə, A. Rəhimov Azərbaycan dövlətçiliyinə sadiqlik göstərərək vəzifə borcunu ləyaqətlə və yüksək peşəkarlıqla yerinə yetirdiyinə görə təltif edilib.