Tarix: 17-11-2020 16:14                                                                                                 Oxundu:37

Aynişan Gömrük Komitəsini tənqid etdi: “Biz insanıq, heyvan deyilik“

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva Dövlət Gömrük Komitəsindən şikayət edib.

Bu barədə sosial şəbəkə hesabında yazan bloger xidmət səviyyəsindən gileylənib:

“Heç kimə gömrüyə getmək qismət olmasın. Həyatımda bu qədər işgəncə çəkməmişdim. 4 saat orada oldum yenə də işim həll olunmamış qayıtdım. Və başdan ayağa suyun içində. Çünki anbarda kanalizasiya işləmir. İnsanlar sanki hovuzun içində işləyir. 300 manat limit qoymaqları bəs deyil, hələ xidmət də sıfırdır. Biz insanıq, vəhşi heyvan deyilik ki, o cür fiziki əziyyətə dözə bilək”.

O, işçi qüvvəsinin az olduğunu qeyd edərək vəziyyətin düzəldilməsini xahiş edib:

“Ümid edirəm, bu gün orada ağız-ağıza girən insanlar korona tutmadı. Gömrüyün işçiləri əziyyət çəkir, işçi qüvvəsi azdır, müştəri isə çox. Bu boyda millətə bir ədəd post-terminal var, o da doğru-düzgün çalışmır. Bu gün orada əziyyət çəkən yüzlərlə insanın adından xahiş edirəm, vəziyyəti düzəldin”.(yeni sabah

Digər Dünya xəbərləri