Tarix: 12-02-2018 12:50                                                                                                 Oxundu:76
Virtual karabakh

Sərdar Ortaç diz çöküb Ebru Gündəşdən üzr istədi

Ebru Gündəş ilə barışmaq üçün hər yola əl atan Sərdar Ortaç nəhayət istəyinə çatıb.
AZTB.info xəbər verir ki, Sərdar Ebrunun önündə diz çöküb üzr istəyib.

Ebru dünən axşam bir restoranda səhnəyə çıxıb. Tamaşaçılar arasında 4 ildir ki, küsülü olduğu Sərdar Ortaç da olub. Səhnəyə çıxan Serdar diz çökərək üzr istəyib.

Ebru konsertin birinci yarısında Serdar tərəfə baxmayıb. Sonradan səhnəyə çıxan Hüseyin Emre "Xaraktersiz oğlumla sevgili qızımı barışdıraqmı?",-deyə soruşub.
Ebru isə tamaşaçılara səslənib: "Serdarı ürəkdən alqışlayın".

Səhnəyə çıxan Sərdar Ebrunun əlini öpüb və üzr istəyib. Sonra cütlük bir yerdə mahnı oxuyub.