Tarix: 04-04-2019 14:16                                                                                                 Oxundu:126
Virtual karabakh

Prezidentin Türkiyəyə müalicəyə göndərdiyi vətəndaş Vətənə qayıtdı — FOTO

Prezident İlham Əliyevin göstərişi ilə müalicə olunmaq üçün Türkiyəyə göndərilən Ağsu şəhər sakini, 1990-cı il təvəllüdlü Murad Zamanov Heydər Əliyev Fondunun dəstəyi ilə İstanbul şəhərindəki “Liv Hospital”da gözlərindən iki dəfə əməliyyat olunub.
Report xəbərinə görə, o, bu gün səhər saatlarında Bakıya qayıtdığını bildirib:

“Ağır əməliyyat keçdi, amma şükürlər olsun ki, hər şey yaxşı oldu. Görmə qabiliyyətim əvvəlkinə nisbətən yaxşılaşdı. Müalicəm Bakıda davam etdiriləcək. Gözlərimi əməliyyat edən həkimlər Bakıda məni müalicə edən həkimlərlə mütəmadi olaraq əlaqə saxlayacaqlar”.

O, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.
Qeyd edək ki, Murad Zamanov göz təzyiqi xəstəliyindən əziyyət çəkir.

Xatırladaq ki, Prezident İlham Əliyev Ağsuya səfəri zamanı şəhərin Firdovsi küçəsində Həcər Zamanovanın ailəsi üçün inşa edilən yeni üçotaqlı evdə görülən işlərlə tanış olub.

Həmin vaxt H.Zamanova nəvəsi Murad Zamanovun gözlərinin əməliyyata ehtiyacı olduğunu bildirib. Dövlət başçısı isə bununla bağlı Heydər Əliyev Fonduna göstəriş verəcəyini deyib:

“Siz narahat olmayın. Lazım olarsa, biz onu xaricə də göndərərik”.Prezidentin Türkiyəyə müalicəyə göndərdiyi vətəndaş Vətənə qayıtdı — FOTO