Tarix: 30-08-2019 09:45                                                                                                 Oxundu:32

İndi dünyada nə qədər insan yaşayır? – Bu gün 345 min uşaq doğulub

Dünya əhalisi dayanmadan artır. Gün hələ bitməyib, amma artıq 345 min uşaq dünyaya gəlib.
Bizimyol.info xəbər verir ki, dünya əhalisi 7 milyard 730 milyon 800 min nəfəri keçib. Təkcə bu il 61,7 milyon nəfər artım olub. Doğulanların sayı 101,3, ölənlərin isə 39,6 milyon olub.

Əhalisinin sayı 100 milyon nəfəri keçən 14 ölkə var. Çində insan sayı 1 milyard 406 milyondan çoxdur. Hindistan 1,4 milyarda yaxınlaşır (1 milyard 381 milyon 390 min). Üçüncü yerdə ABŞ-dır (332 milyon).

Bu gün ən çox insan Hindistanda dünyaya gəlib (63,1 min). Çində 39,3, Nigeriyada 18 min uşaq doğulub.