Tarix: 18-11-2020 19:56                                                                                                 Oxundu:49

AiləNet" istifadəçiləri digər provayderlərdən kömək istəyir... - GİLEY

Həmişə olduğu kimi "Ailenet"dən şikayətçiyəm. Bütün pis şeylər "AiləNet"də birinci baş verir. Yaxşı şeylər isə sonuncu". DİA.AZ bildirir ki, bunu Tural Səməd adlı vətəndaş sosial şəbəkələrdə paylaşdığı statusunda qeyd edib.

Daha sonra narazl vətəndaş yazır: "Müharibə başlayanda 1-ci bunlarda sönmüşdü internet. Müharibə qurtarıb, bütün provayderlər düzəlib. Ancaq "AiləNet" hələ də interneti düzəldə bilmir. İndiyənə kimi çox provayder işlətmişəm. Hələ "AiləNet" kimi zayını görməmişəm. Heç kimə tövsiyyə etmirəm. Seçim yoxdur MTK xarabada. Deyirlər yesəndə yeməsəndə budur. Digər provayderlərə səslənirəm: Gəlin bizim məhəlləyə. Hamı sevinə sevinə "AiləNet" dən imtina edib keçəcək sizə".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Digər Dünya xəbərləri