Tarix: 03-08-2020 18:53                                                                                                 Oxundu:281

AZƏRBAYCANIN MEDİA SİYASƏTİNDƏ ​ “KÖHNƏ HAMAM, KÖHNƏ TAS” AMİLİ HÖKM SÜRMƏKDƏDİR

Hər kəsə bəllidir ki, Azərbaycan Respublikası ikinci dəfə özünün suveren yaşamaq hüququnu əldə etdikdən sonra, 1992-ci ildən başlayaraq dövlət quruculuğu prosesi sahəsində çox ciddi islahat proqramları həyata keçirilməyə başlanıldı. Yəni, bu yöndə addımlar atıldıqca ictimai fikirdə müstəqil yaşamaq, müstəqil dövlət qurmaq, onun elementlərini formalaşdırmaq və s. haqda, düşüncələrdə formalaşan yanaşmalar illər keçdikcə özünü göstərməyə başladı. Bir sözlə, istiqlal şüarını əldə əsas tutub sovet müstəmləkəçiliyindən xilas olan xalqımız atılan addımlardan hər birinin​ milli ruha, milli məfkurəyə söykənəcəyi qənaətində idi. Amma, illər keçdikcə dövlət idarəetmə aparatının ən mühüm sütunlarında əyləşən vəzifə sahblərindən bəziləri, məhz xalqımızın belə bir ülvi amallarına qənim kəsildi, milli ruhun sındırılması yöndə addımlarını atdılar. Bu cür vəzifə sahiblərindən biri də, Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov oldu. Düzdür, bu şəxs uzun illər ərzində daşıdığı vəzifəsinin sayəsində PA-da söz sahibi olan şəxslərdən biri olmaqla bərabər, eyni zamanda ən böyük “oyunun oyunçulardan” da biri hesab olunurdu. Yəni, Əli Həsənov rəhbərlik etdiyi sahəni, ələlxüsus Azərbaycanın media sahəsini elə bir qaydalarla idarə edirdi ki, bir kimsə onun müəyyən etdiyi “sərhəddən” kənara çıxa bilməzdi. Bu cür idarəçiliyin varlığı da, əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan mətbuatının məhvinə, bu sahənin birbaşa təsir dairəsində saxlanmasına, bir sözlə milli mətbuatımızın sıradan çıxmasına yollar açırdı. Əli Həsənovun daşıdığı vəzifəsindən uzaqlaşdırılmasından təqribən bir ildən artıq vaxt keçməsinə baxmayaraq, bu gün də həmin sahədə eyni ab-havanın varlığı hökm sürməkdədir. Yəni, kənardan baxana döyüşün asan gəldiyi kimi, bu gün baş verənlər bizə də güntəki aydın olur. Bəlli olan odur ki, Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun milli mətbuatımıza “qənim kəsilməsi”, heç də onun öz istəyi ilə baş tutmamışdır. Əgər belə deyildisə, nədən qaydalar dəyişmədi? Ümumi müşahidələrimiz onu deməyə əsas verir ki, bu gün də “köhnə hamam, köhnə tas'” prinsipi ilə idarə olunan media siyasətində “köhnə əllər”in varlığı özünü büruzə verməkdədir. Məsələn, Prezidentin sonuncu dəfə fəxri adlar verdiyi şəxslərin siyahısına nəzər yetirdikdə, heç də yanılmadığımızı sübuta yetirə bilərik. Bütün bunlar onu deməyə əsas verir ki, sonuncu siyahı Əli Həsənovun vəzifəsini icra etdiyi ​ illərdə tərtib olunan siyahılardan heç də fərqlənmədi. Deməli, PA-da media siyasətinin oxşar senari üzrə həyata keçirilməsinə səbəb olan vəzifə sahibi var ki, bu gün həmin şəxs belə bir siyasətin köhnə qaydalar əsasında davam etdirilməsinə “yaşıl işıq” yandırmaqdadır. Əgər ötən ilə kimi milli mətbuatımızda əmələ gələn hər bir problemin varlığına Əli Həsənov amili səbəb olurdusa, bu gün yeni media “ukrator”una kimin “başağrı olması” heç kimdə şübhə doğurmur.
Arxada qoyduğumuz ötən illər ərzində yürüdülən səhv media siyasəti nəticəsində haqlı tənqidimizə tuş gələn və Əli Həsənova görə bizdən “qaçaq düşənlər”, bizə salam verməkdən ehtiyat edənlər, məhz sabiq köməkçinin daşıdığı vəzifəsindən uzaqlaşdırıldığını görüb, bu gün onun arxasınca yazmaqdan çəkinmədilər. Hansı ki, həmin sayt rəhbərləri vaxtilə PA-da media üzrə sektor müdiri, Prezident​ İlham Əliyevin sərəncamı ilə Azərbaycan​ Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsində​ müdir müavini vəzifəsinə təyin olunan Vüqar Əliyevin vasitəsi ilə, Əli Həsənovdan maliyyə dəstəyi alıblar. Bu gün həmin saytların və bir neçə qəzetlərin eyni qaydada maliyyələşmələri bizim üçün qaranlıq qala bilərdi. Amma, indiyə qədər olan həyat təcrübəmiz, məhz bizə yanılmağa heç cür imkan vermir. Belə bir addımların davamlı atılması media aləmində və ictimaiyyət arasında böyük narazılıqlara səbəb olacaq. İnanmaq olmur ki, Azərbaycanda mətbuatın vəziyyəti müsbət tempdə öz axarına düşə bilər.

Digər Dünya xəbərləri