Tarix: 01-08-2020 08:45                                                                                                 Oxundu:266

Gömrük sistemi yuxarıdan SİLKƏLƏNİR... - İLGİNC İDDİA

Hazırda DGK sədrinin müavini postunu tutan İqbal Babayevin Səfəri Mehdiyevin yerinə gətiriləcəyi xəbəri yayılandan bu qurumda əməlli-başlı çalxalanma yaranıb. Səfər Mehdiyev bütün emissarlarını işə salıb. İqbal Babayev az qala təcrid olunmuş şəkildə əsas şübhəli olaraq sədrin adamları tərəfindən təqib olunmaqdadır". Bu sözlər DİA.AZ-a göndərilən məlumatda yer alıb.

Xəbəri verən qaynaq iddia edir ki, o qədər şübhəli durumdadır ki, nə edəcəyini belə bilmir. Mənbənin dia.az-a söylədikləri: "DGK sədri "yuxarılarla" bu mövzuda danışmağa cürət etmir. Yalnız şəxsi kanalları ilə araşdırma aparır. Kifayət qədər mücərrəd bir vəziyyətdədir. Onun İqbal Babayevlə istənilən halda yolları ayrılacaq.

Amma burada başlıca məqam ondan ibarətdir ki, uduzan tərəf Səfər Mehdiyevin olacağı şəkksizdir".

Xatırladaq ki, bir neçə gün əvvəl KİV-də Səfər Mehdiyevin postundan alınacağı, onun yerinə isə İqbal Babayevin gətiriləcəyi haqda informasiyalar yayılıb. Doğrudur, ilk başdan bu məlumatı DGK rəhbərliyi ciddiyə almamağa, hətta "kimlərsə DGK rəhbərlərini üz-üzə qoymağa çalışır" deyərək vəziyyəti ört-basdır etməyə çalışdı. Amma sonradan situasiya əməlli-başlı dəyişdi.

Məlumatlı mənbə dia.az-a əlavə edərək bildirir ki, Səfər Mehdiyevdən fərqli olaraq kifayət qədər peşəkar gömrük işçisi olan İqbal Babayevin DGK sədri postuna hazırlanması yeni məsələ deyil: "Bu iş çoxdan plandadır. Sadəcə olaraq Səfər Mehdiyev müəyyən gedişləri ilə prosesi ləngitməyə çalışır. Bütün varlığı ilə intirqant bir fiqur olan Səfər Mehdiyev öz işində səbatsızlığını dəfələrlə nümayiş etdirib ki, bu heç də "yuxarıların" marağında deyil. Cənab Prezidentə onun yürütdüyü siyasətə ayaq uydura biləcək və millətinə, dövlətinə sədaqətli kadrlar hər bir sahədə lazımdır. O cümlədən də gömrükdə..."

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Digər Dünya xəbərləri