Tarix: 20-08-2019 15:32                                                                                                 Oxundu:72

Bütün bunların hamısı icra başçısınındır? - Ağdaşın şefinin ŞOK SƏRVƏTİ

İcra başçısının zülmündən cana yığılmış Ağdaş rayon sakinləri adından DİA.AZ-a şikayət məktubu ünvanlanıb. Narazı vətəndaşlar yazırlar:

"Tofiq İbrahimov icra başçısı təyin olunduqdan sonra rayon sakinlərinin günü göy əskiyə bükülüb. Rayonun o kəndi olmasın ki, Tofiq İbrahimov torpaq sahələrinə əl qoymasın.Örüş yerləri zəbt olunub qanunsuz olarq əkin işləri aparılıb.Hansı ki, qanuna əsasən örüş yerlərini təyinatı dəyişmədən əkmək olmaz. Ağdaş rayon icra hakimiyyəti başçısı Tofiq İbrahimovun qanunsuz yolla əldə etdiyi sərvətləri bunlardı;

- Ağdaşın Dəhnə kəndində 2000 başlıq camış ferması və 200 hektar torpaq sahəsi,
- həmin kənddə 10 hekrat meyvə bağı,

- Şor Dəhnə kəndində 31 hektar meyvə bağı,

- Şəmsabad kəndində 200 hektar yonca sahəsi,

- Tofiqi kəndində 250 hektar arpa sahəsi, balıq gölləri,

- Mürsəl kəndində 200 hektar çəltik sahəsi,

- Türyançayın Ağdaş ərazindən keçən hissəsində 4 yerdə daş-qum-çınqıl karxanası,

- Zeynəddin kəndində hər həftənin 6-cı günləri işləyən mal bazarı,

- rayon mərkəzində 2 yerdə böyük tikinti materialları ticarət mərkəzi,

- 80 ədəd böyük yük avtomobilləri,

- Ağdaş şəhərində 2 yerdə möhtəşəm villası,

- Bakı şəhərində 2 yerdə villa və mənzillər,

- Qəbələ rayonunda isə 3 villası, 1 şadlıq evi, 3 restoranı, 1 Yanacaq Doldurma Məntəqəsi, 2 İstirahət güşəsi,

- 100 hektar fındıq bağları,

və s.

Tofiq İbrahimov qeyri qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, rayonda sahibkarlara, fermerlərə qənim kəsilib.Onlara haqq kəsib verməyən sərt şəkildə cəzalandırılır.
Hansı kənddə Tofiq İbrahimova məxsus ferma, əkin sahəsi və bağlar varsa həmin kəndlərin camaatı zəlil olub.Su üzünə, örüş üzünə həsrət qalıblar.Kənd sakinlərinə verilən suvarma suyu ancaq onun sahələrinə aparılır.Örüş yerləri zəbt olunub deyə mal-qaramız örüşsüz qalıb.
Ağdaşda bələdiyyələrin, icra nümayəndələrinin və idarə müdirlərinin işi ancaq Tofiq İbrahimovun biznesini idarə etmək, ona haqq yığmadır.

Hörmətli prezidentimiz İlham Əliyevdən xahiş edirik bu biznesmen, talançı icra başçısının qara əməllərini araşdırıb onun barəsində ciddi tədbirlər görsün".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...