Tarix: 14-05-2019 13:11                                                                                                 Oxundu:20
Virtual karabakh

"HEROSTRAT-ƏNVƏR SEYİDOV, FEOPOMP-MƏN"

Heç bir ay olmaz ki, adı ciddi qalmaqallı məhkəmə proseslərində məşhurlaşan hakim (ona hakim demək anında, sanki insanın ağzından söz yerinə üfunət havalanır) Ənvər Seyidov barəsində həm rəsmi informator kimi, həm də "başına gələn, başmaqçı olar "atalar məsəlinin diffuziyası altında yazı vermişdim. Həmin yazıdan, təxminən bir il əvvəl, mənim digər yazım "Az.politika.info" saytında da dərc olunmuşdu. Mən, yazılarımda Ənvərin təqaüdə çıxmaq ərəfəsində "ciddi tədarük görməsi" barədə ətraflı məlumat vermişdim.
Budur, proqnozlarım yerinə oturdu - Ənvər, rəsmi dövlət təqaüdü almadan belə təbii sonluğun yetişəcəyi ana qədər özünə "roskoş" təmin edən həyat tərzini, ən üfunətli yollarla, qarğışlardan qidalanaraq təmin edərək, təqaüd həyat -tərzinə "məhkum "edildi.
Qədim Yunanıstanda eramızdan əvvəl 356-cı ildə, indiki Türkiyənin ərazisində yerləşən Efesdə Artemida məbədini yandıran Herostrat barəsində yəqin ki, oxucular məlumatlı olmamış deyillər. Herostrat müəllim məbədi ona görə yandırmışdı ki,adını tarixə yazdırmağın xeyirxah üsullarından yararlanmaq şansı yox idi . Düzdür, Neron da Romanı yandırmışdı, amma Neron, onsuz da, əvvəllər etdiklərinin bazasında,tarixdə daim xatlrlanacağını bilirdi və "herostratçılığa" ehtiyac görmürdü, dübarə Herostrat barəsində məlumatlı idi.Nerondan fərqli olaraq, Herostratın indiyə qədər gündəmdə qala bilməyinin səbəbi də, məbədi yandlrmağı deyil, tarixçi Feopompun onun barəsində mövcud olan həmin üfunətli faktı kitabında qeyd etməsi olmuşdu.
Əziz oxucu məni uzunçuluqda, kəndiri gendən fırlatmaqda iradlamasın deyə,mətləbə tez keçərək qeyd etməliyəm ki, Ənvərin(Herostratın) məşhurlaşmasında da, tarixdə qalmasında da deyəsən, çıxardığı Allahsız məhkəmə hökmləri və qərarlarından sonra ah - naləsi ərşə qalxan ana-bacılarımızın qarğışları deyil, mənim (Feopompun) "xidmətlərim"əvəzsiz rol oynayacaqdır. Düşünürəm ki, hələ təzə - təzə rüşeymlənən mənin baş redaktoru olduğum "XEBERFAKT.INFO informasiya portalında deyil, daha populyar -"havadan tozlanan" mətbuat orqanlarında Ənvər -Herostrat mənə öz təşəkkürünü, bu xüsusda bildirəcəkdir. Ya da, indi dəbdə olan və onun, adını biabır etdiyi hakimlik burulğanlarında mənə "təşəkkürünü" yalvardacaqdır.
Oxucularıma yorulmaq şansı vermədən, təxminən bir ay əvvəl yazdığım və dərc etdirdiyim "ənvərşünaslıq" mövzusunda yazımı təkrar onların öhdəsinə buraxıram. Nəzərə alıram ki, mövzuətrafı "ənvərsevərlərin" duyğuları yer almamış olmayacaq. ..
HAFİZ RÜSTƏMOV.

Digər Dünya xəbərləri