Tarix: 30-04-2019 14:21                                                                                                 Oxundu:393
Virtual karabakh

Zaqatalada asfalt vurmaq adı altda milyonları talayan Mövlud Qəhrəmanovun arxasinda kim durur?!

Avtomobil Yolları Dövlət Agentliyi sədri Saleh Məmmədov bu quruma rəhbərlik etdiyi dövrdən heç bir islahat, müsbət addım atmayıb. Hələ də rayonlarda yol istismar idarələri büdcə pullarını istismar etməkdədirlər.
S.Məmmədovun bu hallara göz yumması ya əlbir olduqlarından irəli gəlir, yaxud da ondan xəbərsiz maxinasiyalar reallaşır. Hərçənd, ikinci versiya inandırıcı görünmür. SizinXeber.com-a verilən məlumata görə Zaqatala rayon 17 nömrəli yol istismar İdarəsinin rəisi Mövlud Qəhrəmanov büdcə pullarını dağıtmaqla məşğuldur.
2018-ci ildə təkcə Zaqatala şəhərinə asfalt örtük vurulması üçün 11.000.000 on bir milion manat vəsait ayrılıb. Amma 11.000.000 manatliq asfalt örtük vurulmayıb,
Bu rəsmi rəqəmdir. Mövlud Qəhrəmanov hələ ətraf kənd yollarının təmiri və yaxud yeni yol çəkilməsi adı altda silinən böyük vəsaitləri demirik. Onlar haqda böyük araşdırma yazımız olacaq.
Mövlud Qəhrəmanovu böyük işlərə qoşan qüvvə kimdir onu da yazacağıq.
Hələlik isə bildirək ki, ölkədə gedən struktur islahatları bu idarələrə də çatmalıdır. Tədricən onlar ləğv olunmalıdır.
Əvəzində isə yol təmiri və çəkilişi işləri MMC-lərə həvalə olunmalıdır və şəffaf tender elan edərək qalib gələnlər bu işi öhdəsinə götürməlidir. Yol İstismarı İdarələri isə heç bir iş görmür, tapşırıqları isə yerinə yetirərkən korrupsiya hallarına yol verir, ayrıca MMC-lər vasitəsi ilə pullar silinir. Bu proseslərdən S.Məmmədov da xəbərdardır.

Digər Dünya xəbərləri