Tarix: 25-04-2019 15:31                                                                                                 Oxundu:252
Virtual karabakh

Sabirabadın başçısı 5 uşaqlı ataya zülm edir, oğlu isə kef-damaqda - Video




Sabirabad sakini İsmayılov Elşən Musa oğlu 5 uşaq atasıdır

Cahan.info xəbər verir ki, zülm içində yaşayan vətəndaş rayoonda hansı dövlət orqanının qapısına döyübsə, onu geri qaytarıblar.

E.İsmayılov video müraciətində prezidentə və I vitse-prezidentə bildirib ki, ona nə sosial yardım verilir, nə uşaq pulu, nə də icra hakimiyyəti köməklik edir: “Sosial yardım üçün fevralın 27-də müraciət eləmişdim, martın 27-də imtina cavabı gəldi.

Belə “izah” elədilər ki, əmək qabiliyyətim var və imənə sosial yardım düşmür. Mən fəhləliklə ailə saxlayıram, günə 10 manat qazanıram, bu pulla 5 uşaq saxlamaq olmaz. Bizim aylarla dilimizə ət dəymir.

Mən İcra Hakimiyyətini sosial məsələlər nümayəndəliyinə getdim, dedilər ki, pay torpağını almaq üçün vergi idarəsinə get, kod al, sosial yardım verilsin. Heç bir nəticəsi olmadı.

Prezidentin fərmanı var ki, 5 uşaqlı analara 55 manat yardım verilsin. Mənə dedilər ki, 6 uşağı olana verilir.

Hələ bir lağ elədilər ki, get 6 uşaq elə, sonra gəl, pul verək. Yerli məmurlar prezidentə əhəmiyyət vermirlər, bizi sıxışdırırlar, qayğımıza qalmırlar. Mənim dövlət başçısından başqa heç kəsə inamım qalmayıb”.

E.İsmayılov palçıqdan tikilmiş daxmada yaşadıqlarını söyləyib: “Burada sağlam 5 uşaq böyütmək olmaz. Yayda gecələr yatmayıb keşik çəkirik ki, gəmiricilər evə girməsin, qışda da qar, yağış evə, başımıza tökülür.

Uşaqlar toylarda, məclislərdə ət yeyirlər. İmkanım yoxdur ki, onları normal qidalandırım. Yerli məmurlar bizi incidirlər, heç bir köməklik göstərmirlər”.

Elşən İsmayılov dediklərində haqlıdır. Lakin o bilməlidir ki, soyadı İsmayılov olsa da, heç də Sabirabadın icra başçısı Nazim İsmayılovun oğlu deyil.

Ona görə də bu vəziyyətdə yaşamağa məhkumdur. Amma Sabirabadın icra başçısının oğlu Anar İsmayılovun sosial yardıma ehtiyacı yoxdur.

Çünki məmur balasıdır. Atası ona Göyçayda villa tikdirib, altına müxtəlif maşınlar qoyub. Hətta icra başçısının bir oğlu da qəza törətmişdi.

Hələ 2014-cü ilin əvvəllərində Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılovun kiçik oğlunun qəza törətməsi haqda xəbər yayılmışdı. Məlumata görə, “hadisə Pambıq Zavodunun qarşısında baş verib.

Atasının xidməti 54 AA 001 nömrə nişanlı “Prado” avtomobilini idarə edən kiçik İsmayılov birdən-birə iki “VAZ 06” markalı avtomobili əzib.
Maşınlardan biri yararsız hala düşüb. Zədələnən “Jiquli”lərdə həmin vaxt adam olmayib. Onlar yaxınlıqdakı aptekdə imiş.

2011-ci il istehsalı olan “Toyota Land Cruiser”i 36 min dollara satan Anar İsmayılov öz nömrəsini də saytda yerləşdirmişdi. (0502000423).

Lakin Sabirabad “şef”inin oğlu saytda region olaraq Göyçay göstərmişdi. Bundan başqa, elanda maraq çəkən bir hissə də var: o, avotomobilini “Lexus-570” ilə barter etməyə də hazırdır.

Avtomobil onun yeganə avtomobili deyil, kolleksiyada daha 4-5 “inomarka”da var. Avtomobil satışı elanından bir müddət sonra Anar İsmayılov “Facebook” hesabında avtomobil alması ilə bağlı məlumat yaymışdı.

Həmçinin, icra başçısının oğlu üçün tikdirdiyi imarətin toprağı məhşur azərbaycanlı iş adamı, hazırda Rusiyada iflası elan olunan Telman İsmayılovun, (AST Telman), ata yurdunun yerləşdiyi torpaq olub. Ərazini başqa bir şəxs İsmayılovlardan aldıqdan sonra oradakı köhnə evi uçurub.

Sabirabad icra başçısı Nazim İsmayılovun Göyçay rayonunda böyük mal-mülk sahələri, obyekləri mövcuddur.

Bu obyektlərdən ən böyüyü rayonin Heydər Əliyev prospekti 88-də yerləşən “Çinar Mehmanxana”sı, “Çinar” şadlqı evi və ətrafındakı bir neçə obyektdir.

Qeyd edək ki, Göyçay şəhərində ən dəbdəbəli otellərdən biri olan “Çinar” otelin müasir srandartlara cavab verən bir obyektdir.

Nazim İsmayılovun oğlunun müxtəlif xarici ölkələrdə çəkilən fotoları yayılmışdı. Strateq.az-a göndərilən fotolarda icra başçısının oğlu Anar İsmayılovun səyahət və “xüsusi əyləncələr”ə meylli olduğu açıq sezilirdi.

Belə imkanlara, var-dövlətə sahiblənmələri təbii ki, büdcə pullarının mənimsənilməsi hesabına olub. Amma Sabirabadın 5 uşaqlı sakini Elşən İsmayılov övladlarına bir tikə çörək pulu tapa bilmir.

İcra başçısı Nazim İsmayılov isə sanki prezidentin səlahiyyətli nümayəndəsi deyil, onun işi vətəndaşların problemləri ilə maraqlanmaq olmamalıdır.

İcra başçısı 5 uşaq atasının video müraciətinə baxıb ona köməklik göstərə, işlə təmin edə bilərdi. Amma başı biznesə, oğlanlarının kef-damağına, maşınlarına qarışıb.

Dövlət başçısı islahatlar aparır, xalqla görüşür, sosialyönümlü fərmanlar verir, onun Sabirabada təyin etdiyi N.İsmayılov isə əhali ilə görüşmür, onları incidir, qəbul eləmir, dərd-sərinə şərik çıxmır.

N.İsmayılov oğluna villa tikdirə, maşınlar ala bilir, Göyçayda xaniman yaradır, özü hər gün restoranda nahar edir, amma Sabirabad sakini öz torpağına ac-yalavac yaşayır.

Artıq Prezident Administrasiyası təcili surətdə Sabirabad RİH-də yoxlamalar aparmalı, Hesablama Palatası maliyyə təftişi etməlidir.

Deməyə, söz qalmır, hər şey göz qabağındadır, Sabirabad RİH-nin sözü varsa, buyursun, Cahan.info olaraq onların açıqlamalarını dərc edə bilərik.

Digər Dünya xəbərləri