Tarix: 25-02-2019 15:05                                                                                                 Oxundu:314
Virtual karabakh

Abşeronda Mirzə müəllimin “bənövşə gülü” nə vaxt “çiçək açır?”

Bu gün əksər sahələrdə olduğu kimi, təhsil sahəsində də çoxsaylı qanunsuzluqların açıq şəkildə tüğyan etməsinin hər kəs gündəlik şahidi ola bilir. Ekspetlər qeyd edirlər ki, jurnalistlər yazırlar, tam əksəriyyət narahatçılığını ifadə edir, amma vəziyyət düzəlmir ki, düzəlmir. Yəni zaman keçsə də, yaxşılığa doğru heçnə dəyişmir. Hal-hazırda bəzi vəzifə sahiblərinin danışıqları ilə bərabər, taladıqları da əksəriyyətə gün təki aydındır. Elə bu səbəbdən də, onlara baxıb əksər şəhər və rayonların təhsil müəssisələrinin rəhbərliyində duran şəxslər də, həddi-hüdudu bilinməyən qanunsuzluq əməllərinə qol qoymaqdadırlar. Bu gün bənzəri olmayan haqsızlıqların, çoxsaylı qanunsuzluq hallarının, hər cür eybəcərliyin və anarxiyanın tüğyan etdiyi qurumlardan biri də, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Abşeron rayon filialıdır.

Xırdalan şəhərindəki “Həkəri” restoranının yaxınlığında fəaliyyət göstərən və çoxsaylı hoqqaların tüğyan etdiyi ünvanlardan biri olan bu sürücülük məktəbində yaşananları ictimailəşdirməyi, sanki özümüz üçün borc bildik. Bir anlığa diqqət yetirək ki, adı çəkilən bu təhsil müəssisəsinə Mirzə müəllim adlı şəxs rəhbərlik edir edir. Elə ki, bu yöndə bir qədər araşdırma aparırsan, o halda bəzi gizlinlər ortaya çıxır. Yəni, bəlli olur ki, bu şəxs neçə illərdir ki, sürücülük məktəbində rəhbərlik edir. Buna baxmayaraq, bu gün sürücülük məktəbi olduqca bərbad haldadır və məktəbin ümumi mənzərəni görən hər kəs, sanki baş götürüb qaçmağa ünvan axtarır. Buna səbəb olan əsas amillərdən biri, müəyyən yollarla sürücülük məktəbinə rəhbərlik etməyə nail olan Mirzə müəllimin alkaqollu işkilərə hədsiz dərəcədə meylli olmasıdır. Məsələn, elə ki, bərbad görkəmdə olan məktəbin “koridor”una ayaq basırsan, o halda ya boş araq butulkalarına, ya da ki, atılmış lazımsız “zakuska”lara rast gəlməli olursan. Daha acınacaqlı halın varlığı isə, məktəbin divarlarından asılmış və Ulu Öndərə məxsus portretlərin toz-torpaq içində, saralmış görkəmdə olmasıdır. Belə bir halların varlığı, deyəsən direktor vəzifəsini daşıyan Mirzə müəllimi heç də narahat etmir. Çünki, redaksiyamıza daxil olan səhih məlumatlara görə, bu şəxs günlərini sərxoş keçirdiyindən, o, belə bir məsələlərdən heç də narahat olmur. Yəni, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Abşeron rayon filialına rəhbərlik edən Mirzə müəllimin ayıq vaxtı olmur ki, o, yaşananları görsün və müəyyən addımlarını atmaq haqda da qərara gəlsin. Hətta, adı çəkilən bu şəxsin sərxoş olduqdan sonra onun məktəbdəki divanda yatması, minbir hoqqalardan çıxması haqda məlumatlar da, müəyyən çevrələrdə dolaşmaqdadır.

Bu şəxsin qol qoyduğu əməllər haqda əlavə məlumatları eşitdikcə, sanki özümüzü vəlvələyə deyil, zəlzələyə düşmüş hesab etdik. Yəni, redaksiyamıza çatdırılan məlumatlara görə, elə ki, hansısa bir xanım sürücülük məktəbində təhsil almaq məqsədilə Mirzə müəllimə müraciət edir, o halda onun “bənövşə gülü çiçək açır”. Belə ki, o, ilk andaca müraciət edən xanıma “inşallah heç bir problem olmayacaq” deyə “yağlı vəd” verir və verdiyi vədini də bir həftə ərzində yerinə yetirir. Elə ki, həmin xanım Mirzə müəllimin düzüb-qoşduğu müddət ərzində kursu “başa vurur” və “direktor”un hüzuruna təşrif buyurur, elə hər şey də həmin andan başlayır. Yəni, çatdırılan məlumatlara görə o, kursu “başa vurmuş” və sənədini götürmək istəyən xanımı, çox keçmir ki, “istirahətə” dəvət edir. Əldə etdiyimiz ilginc məlumatlara görə, o, bəzən bu yöndə arzusunu “çin etsə də”, çox zaman “çin edə bilmir”. Buna da əsas səbəb, “ağı qaradan” seçməyi bacaran xanımların Mirzə müəllimin “qurduğu tor”a düşməkdən “vaz keçmələri” olur. Buna baxmayaraq, söylənilən iddialara görə bu şəxs sürücülük məktəbini “mini faşihəxana”ya da çevirib. Bu yöndə məlumatları əldə etdiyimizdən, qərara gəldik ki, həm yaşananları ictimailəşdirək, həm də baş verən hoqqalar haqda Abşeron polisini məlumatlandıraq. Çünki, bu təhsil müəssisəsi Xırdalan şəhərinn mərkəzi ərazilərindən hesab olunan yerdə, RİH-nin yaxınlığında fəaliyyət göstərir. Belə bir halların varlığı da, heç cür yolverilməz haldır.

Hələ bunlar azmış kimi, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Abşeron rayon filialına rəhbərlik edən Mirzə müəllim orda-burda danışır ki, “Mən polis əməkdaşı olmuşam və qanunları da yaxşı bilirəm. Oğlum da yüksək çinli vəzifə sahibidir. Ona görə də, bir kimsə mənə nəsə edə bilməz” deməklə, bir növ öz-özlüyündə hər kəsə qorxu gəlməsi haqda düşüncələrə dalır. Belə bir olaylar haqda məlumatları radaksiyamıza çatdıran mənbə bildirir ki, hal-hazırda Mirzə müəllim əldə etdiyi ixtiyardan hər an yararlanır və minbir hoqqalara da qol qoymaqda davam edir. Yəni, məktəbdə sürücülük ixtisasına yiyələnmək istəyən şagirdlərin tam əksəriyyəti, rəhbərlik tərəfindən sanki “ilan qabığı” kimi “soyulur”lar. Belə bir səbəblər üzündəndir ki, adı məktəbdə olub özü dərs üzü görməyənlərlə bərabər, rəhbərliyə qarşı valideyin giley-güzarı da gündəlik artmaqda davam edir.

Redaksiyamızın əldə etdiyi məlumatlarda o da qeyd olunur ki, Mirzə müəllim indiyə kimi yalnız yeyib-içməklə, var-dövlət qazanmaqla məşğul olub. Düzdür, bu nə asan, nə də qorxusuz qazanılan var-dövlətdir. Hər halda cinayət tərkibi məsələlərdir. Tam təfsilatı ilə yanaşdığımız belə bir hoqqaların varlığı ən azından ikitərəfli araşdırma tələb etdiyindən, qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Hörmətli oxucular! Növbəti sayımızda “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Abşeron rayon filialında yaşanan acınacaqlı durumun əksəriyyətə bəlli olmayan məqamlarından, yəni Mirzə müəllimin son 3-4 ay ərzində qol qoyduğu çoxsaylı qanunsuzluq əməllərindən və s. bəhs etməyə çalışacağıq.

Odur ki, bizi izləmyi unutmayın!

Digər Dünya xəbərləri