Tarix: 08-01-2019 00:03                                                                                                 Oxundu:710
Virtual karabakh

Abşeron polisi əxlaqsız yuvanın sahibini haqlı çıxarmaq istəyir

bşeronun qədim kəndlərindən olan Masazırı priton - əxlaqsızlıq yuvaları üzük qaşı kimi bürüyüb.

Bakı şəhəri və ətraf qəsəbələrdə ən çox priton məhz bu kənddədir. Kəndin mərkəzində üç məşhur priton, eləcə də kəndə giriş yerlərdə daha 5-6 əxlaqsızlıq yuvası fəaliyyət göstərir.
Di gəl ki, əraziyə nəzarət edən Abşeron polisi bunlardan yazanda sanki xəbərsizmiş kimi hərəkət edir.
2 gün əvvəl Masazır dairəsində motel adı altında fəaliyyət göstərən əxlaqsız yuvadan yazmışdıq. Videogörüntü və fotolarlda obyekdə qələbəlik olduğu görünürdü.
Düşündük ki, Abşeron Polis İdarəsi reyd keçirərək bu biabırçılığa son qoyar. Bəlkə xəbərləri yox imiş. Hərgah ki, ərazinin polis sahə müvəkkili bundan mütləq xəbərdar olmalı idi.
Şübhələrimiz özünü doğrultdu.
Bizi Abşeron polisinə dəvət edən baş təhqiqatçı İbrahim müəlim dedi ki, bu motelin Turizm Nazirliyindən lisenziyası var. Biz bunu əvvəldən ehtimal etmişdik ki, var. Qanuni motel sənədləri ilə əxlaqsız yuva yaratmaq daha asandır.
Bəs onda bu motelin niyə adı yoxdur. İçəri tərədə belə bir obyektin varlığı bilinmir, heç çöl tərəfdə mərkəzi yolda da reklamları yoxdur. Necə olur ki, belə bir obyekt adamla dolu olur.
5 dəqiqə girişdə durub vizual müşühadidə yetərlidir ki, bura qadınların necə daşındığının şahidi olasan. Təhqiqatçı deyir bu video yetərli deyil, biz pornomu çəkməliyik? Obyektin sahibini idarədə əla tanıyırlar.
Təhqiqaçı İbrahim deyir ki, işi “bandotdelə” göndərəcək. Məgər belə işlərə İnsan Alverinə Qarşı Mübarizə İdarəsi baxmır?
Cənab İbrahim müəllim bu obyekt yiyəsini suçsuz çıxarmaq istəyirsə bu başqa məsələ.
Qeyd edək ki, bu ərazidə “Ağ otel”, “Laza” və diğər məşhur pritonlar var ki, yerli polisdən baqa bütün respublika tanıyır.
Məsələ ilə bağlı birbaşa daxili işlər naziri , cənab Ramil Usubova müraciət edəcəyik.

Abşeron polisi əxlaqsız yuvanın sahibini haqlı çıxarmaq istəyir
Abşeron polisi əxlaqsız yuvanın sahibini haqlı çıxarmaq istəyir
Abşeron polisi əxlaqsız yuvanın sahibini haqlı çıxarmaq istəyir
Abşeron polisi əxlaqsız yuvanın sahibini haqlı çıxarmaq istəyir
Abşeron polisi əxlaqsız yuvanın sahibini haqlı çıxarmaq istəyir
Abşeron polisi əxlaqsız yuvanın sahibini haqlı çıxarmaq istəyir
Abşeron polisi əxlaqsız yuvanın sahibini haqlı çıxarmaq istəyir

Digər Dünya xəbərləri