Tarix: 21-12-2018 17:38                                                                                                 Oxundu:262
Virtual karabakh

İlham Əliyevin vəzifədən azad etdiyi icra başçısı kimdir? - FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Gülağa Bayram oğlu İslamov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Big.az xəbər verir ki, İslamov Gülağa Bayram oğlu 1948-ci il dekabr ayının 19-da Bakı şəhərində anadan olub.

Poltava Koorperasiya İnstitutunun Əmtəəşünaslıq ixtisasını bitirib.

Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 1995-ci il tarixli Fərmanı ilə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər rayonu) Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

O, dekabrın 18-də prezident İlham Əliyevin sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.