Tarix: 24-12-2017 12:08                                                                                                 Oxundu:238
Virtual karabakh

Prezident “Bakı Ağ Şəhər”də görülən işlərlə tanış oldu

Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də görülən işlərlə tanış olub.
APA məlumat verir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də Xaqani Rüstəmov küçəsinin, bu küçənin üzərində yerləşən dairə və dördçıxışlı piyada keçidinin açılışında, yeni salınmış bağın, inşası və abadlığı başa çatan məhəllələrin təqdimat mərasimində iştirak ediblər.