Tarix: 08-07-2019 10:33                                                                                                 Oxundu:110
Virtual karabakh

Binəqədi rayonunda 24 yaşlı gənc bıçaqlanıb

Binəqədi rayonunun Xocahəsən qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, F.Ağazadə 3 ünvanında yaşayan 1995-ci il təvəllüdlü Məmişov Mikayıl Qəmbər oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona döş qəfəsinin sağ yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. O, dərhal əməliyyata götürülüb.