Tarix: 14-03-2019 14:58                                                                                                 Oxundu:38
Virtual karabakh

Samir Şərifovdan problemli kreditlərlə bağlı — ŞAD XƏBƏR

"Problemli kreditlərin həlli ilə bağlı Prezident İlham Əliyevin imzaladığı fərmanda nəzərdə tutulan bütün işlər həyata keçirilir"
Bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib. Nazirin sözlərinə görə, hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən banklarla iş aparılır, kreditlərin sayı dəqiqləşdirilir.
"Bunun əsasında müvafiq işlər görüləcək, ödənişlər normal qaydada həyata keçiriləcək. Maliyyələşmə ilə bağlı mexanizm praktiki olaraq hazırdır. Burada hər hansı problem görünmür. Maliyyə Nazirliyində "qaynar xətt" yaradılıb, suallara cavab verilir. Bütün əsas məsələlər artıq öz həllini tapıb".

Digər Dünya xəbərləri