Tarix: 20-11-2020 23:26                                                                                                 Oxundu:33

FIFA "Liverpul"a böyük məbləğdə kompensasiya ödəyəcək

FIFA İngiltərənin "Liverpul" klubuna 2 milyon funt sterlinq məbləğində kompensasiya ödəyəcək.

"Daily Mail"in məlumatına görə, ödəniş klubun müdafiəçisi Co Qomesin yığmada zədələnməsi ilə əlaqədar aparılacaq. 23 yaşlı oyunçu millinin düşərgəsində dizindən xəsarət alaraq uzun müddətədək sıradan çıxıb. FIFA Qomesə kömpensasiya ödəməyə razılaşıb.

Qeyd edək ki, bunadək "Liverpul" daha bir müdafiəçisi Virgil van Deyk və yarımmüdafiəçi Fabinyo da sıradan çıxıb./report

Digər Dünya xəbərləri