Tarix: 31-07-2020 11:22                                                                                                 Oxundu:204

“Barselona”da Artur krizi – Pyaniçin transferi ləğv oluna bilər

Yuventus”a Miralem Pyaniç qarşılığında transfer olunan "Barselona”lı Artur Melonun La Liqada mövsüm bitdikdən sonra Braziliyaya gedərək Çempionlar Liqasında oynamaq istəməməsi krizə səbəb olub.

İspaniya çempionatı bitdikdən sonra vətəninə qayıdıb tətil edən futbolçu Barselonaya qayıtmadan yeni mövsümə hazırlaşan "Yuventus”a qoşulacağını bildirib. Çempionlar Liqasının davam etməsi səbəbindən Katalon klubunun oyunçunu geri çağırdığı bildirilir.

Pyaniç qarşılığında "Yuventus”a transfer olunan futbolçunun müqaviləsində mövsüm bitdikdən sonra yeni klubuna qoşulması qeyd olunub. İspan nəşrləri əks halda ötən ay atılan imzaların təhlükə altına düşdüyünü, böyük təzminat məbləğinin tələb olunacağını yazırlar.

Qeyd edək ki, "Barselona” forması ilə başa çatan mövsümdə 28 oyuna çıxan Artur 4 qolun müəllifi olub. /Offsideplus.az

Digər Dünya xəbərləri