Tarix: 11-09-2019 12:24                                                                                                 Oxundu:13

“Trabzonspor”un nümayəndələri Mahirə görə üçün Bakıya gəldi

Milli komandamızın Bakıda Xorvatiya yığması ilə 1:1 hesablı heç-heçə etdiyi “AVRO-2020″nin seçmə oyununu “Trabzonspor”un skautları da izləyib.

Fanat.Az xəbər verir ki, bu barədə “Fotospor” məlumat yayıb. Bildirilir ki, Qara dəniz təmsilçisinin nümayəndləri yığmamızın və “Qarabağ”ın hücumçusu Mahir Emrelini izləmək üçün Bakıya gəliblər.

Onlar futbolçumuzun oyununu bəyəniblər. Məlumata görə, “Trabzonspor”un skautları gələcəyə yatırım məqsədi ilə baş məşqçi Ünal Karamanın təlimatına əsasən oyunçu axtarırlar.