Tarix: 20-07-2019 10:33                                                                                                 Oxundu:42

“Qarabağ” UEFA reytinqində irəlilədi

UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb.

Oxu.Az-ın məlumatına görə, Azərbaycanı Çempionlar Liqasında təmsil edən yeganə klub olan “Qarabağ” reytinqdə xallarını 19.000-ə çatdırıb.

Bildirilib ki, avrokuboklarda I təsnifat mərhələsini keçən Ağdam klubu bu nəticə ilə üç pillə irəliləyərək reytinqdə 69-cu yerdə qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ” klubu Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın “Partizani” klubunu (0:0, 2:0) mübarizədən kənarlaşdırıb.