Tarix: 11-07-2019 12:03                                                                                                 Oxundu:33
Virtual karabakh

“Partizani”nin bu qədər müdafiədə oturacağını gözləmirdik – Qurban Qurbanov

Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə Albaniyanın “Partizani” klubuyla heç-heçə edən (0:0) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bölüşüb.

Minval.info klubun saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis matçın çətin keçdiyini deyib:

– Ümumi götürdükdə, 90 dəqiqə ərzində topa biz nəzarət etdik. Rəqibin bu qədər müdafiədə oturacağını gözləmirdik. Taktiki cəhətdən çox intizamlı oynadılar. Rəqib ikinci hissənin əvvəllərində bir neçə epizod yaratdı, azarkeşləri önündə nə isə etməyə çalışmalıyıdılar. “Partizani” göstərdi ki, sürətli əks-hücuma çıxa biləcək yaxşı oyunçuları var, Bakıda da buna hazır olmalıyıq. Bu qarşılaşmanı ümumi analiz etdikdən sonra cavab matçında müəyyən dəyişikliklər edə bilərik.

– Bu matçı ötən mövsüm “Kukesi” ilə 0:0 hesbalı heç-heçə etdiyiniz ilk oyunla müqayisə etmək olar?

– Düşünmürəm. “Kukesi” və “Partizani” fərqli keyfiyyətlərə malik komandadır. Bir il öncə keçirilən oyunu düşünmürəm.