Tarix: 08-07-2019 09:51                                                                                                 Oxundu:117
Virtual karabakh

“Ağ çiçəyim”də yanğın - Video+Yenilənib

Bir qədər əvvəl Qara Qarayev prospekti “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığındakı gül dükanında yanğın baş verib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Qeyd olunur ki, əraziyə yanğın söndürmə və digər operativ nəqliyyat vasitələri əraziyə cəlb edilib. Bu səbəbdən də prospektin bu hissəsində sıxlıq var. Ərazidən keçən müntəzəm marşrut xətlərinin hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin əməkdaşları ərazidə müvafiq tədbirlər görür.

***

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə "Ağ çiçəyim" gül dükanında qeydə alınıb.

***

Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb. Məlumatda deyilir ki, Nizami rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli mağazanın mansardasının yanar konstruksiyaları, şüşə pambıq üzlüyü və mansardaya yığılan əşyalar 70 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.