Tarix: 30-07-2020 09:26                                                                                                 Oxundu:68

"Kapital Bank" müştərisinin başına necə oyun açır - ŞİKAYƏT

Bank sektorunda baş verən hərc mərclikdən hamının xəbəri var. Bir çox şikayətləri bizdə saytımızda işıqlandırmışıq. Bu şikayətlərə daha birini Təbriz Şahlarov adlı Kapital Bank istifadəçisinin şikayəti əlavə olundu. Təbriz Şahlarov yazır:

Şikayətim Kapital Bank-dandır. Ayın 23-ü günü bir bank vasitəsilə dosta köçürmə sistemindən istifadə etmişəm. Çox sağolsun bu lazımsız xidmətə görə arada olan dostluq da pozuldu. Deməli köçürmə zamanı həmin məbləği kartda göstərir. Həmin şəxs bankomatdan pulu çıxarmaq istəyərkən məbləğin orda olmadığın görür. Amma "birbank" proqramında balans 100 manaf göstərir . Sonra dəqiqləşdirdim ki, əslində karta köçmür, onu ATM vasitəsilə çıxarmaq lazımdır. Dosta yenə xahiş etdim ki, götür kartı da, kodu da, get bankomata yenə problem ilə qarşılaşıb çıxara bilmədi. Bank ilə sonra əlaqə saxladım, dedi heç bir problem yoxdu. Orda olan zaman bizim ilə əlaqə saxlayın izah edək, kömək göstərək.

Teref.az xəbr verir ki, bundan sonra Təbriz Şalrov yazır, yenə dosta zəng etdim ki, bu səfər dəqiqdir get bankomata "zəhəri qoy, mışı götür " , nəysə getdi bank ilə əlaqə saxladıq yenə alınmadı . Kor peşman geri qayıtdı . Dedilər eybi yox 48 saat ərzində geri qayıdır, üstündən 96 saat keçdi zəng etdim ki, qayıtmadı axı . Dedilər 5 günlük dünyası ikisi də altı bazara düşüb deyə qayıtmayıb . Bir az da səbr edin. 6 gün keçəndən sonra zəng etdim, dedilər sizin müraciətinizi qeydə alırıq, məlumat verəcəyik . Bu gün zəng etdim dedilər 5 iş günü ərzində cavab veriləcək. İndi bunun da 4 günün bayrama əlavə ədərlər. Bir 10 günə cavab gələr.
Təbriz Şahlarov bütün başına gələnləri yazandan sonra sual edir:
Belə məsuliyyətsizlik olar ?
Bəlkə mənə o məbləğ təcili lazım idi, karantin vaxtıdı .
Bəlkə mən o pulu çıxarmaga gedəndə cərimə olundum.
Ya acından öldü dostum orda. Neyniyək hara şikayət edək ?!
İnanırıq ki, Kapital Bankın məsul işçiləri bu şikayətimizə mövqelərini bildirəcəklər və bizdə teref.az olaraq onu oxucularla bölüşəcəyik!

Digər Dünya xəbərləri