Tarix: 28-01-2020 14:41                                                                                                 Oxundu:27

İran Qasım Süleymaniyə görə 3 milyard “qan pulu” alıb – Qalmaqallı İDDİA

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH)sabiq komandanlarından olan Həsən Abbasi qalmaqala səbəb olan bəyanatla çıxış edib.

H.Abbasi SEPAH-ın “Qüds Briqadası”nın sabiq komandanı Qasım Süleymaninin ölümünə görə 3 milyard, amerikalı jurnalist Ceyson Rzayiyana görə isə 1 milyard 700 milyon dollar gəlir əldə etdiyini deyib. Sabiq komandan qeyd edib ki, 3 milyard dolları “qan pulu” olaraq Qətər İran dövlətinə, sonuncu da öz növbəsində SEPAH-a verib. Həsən Abbasi çıxışı zamanı həmçinin SEPAH-ın ikili vətəndaşlığı olan insanları girov götürərək, öz gəlirlərini təmin etdiyini deyib. Yanvarın 12-də Qətər əmiri Təmim bin Həməd Al Saninin Tehrana səfəri ilə bağlı bəzi mənbələr qeyd etmişdilər ki, o, SEPAH-ın raketlə vurduğu Ukrayna sərnişin təyyarəsində ölənlərə kompensasiya ödəməyə kömək təklif etmək üçün İrana səfər edib.

İran Qasım Süleymaniyə görə 3 milyard “qan pulu” alıb – Qalmaqallı İDDİA


Həmin kömək təklifinin məbləğinin 3 milyard dollar olduğu deyilirdi. Lakin İran hökumətinin sözçüsü Əli Rəbii yayılan xəbərləri təkzib etmişdi. Digər tərəfdən, SEPAH-ın sözçüsü Ramazan Şərif Həsən Abbasinin sözlərini “əsassız” və “heç bir qanuni əsası” olmayan fikirlər adlandırıb. O, eyni zamanda Abbasinin sözlərinin “bədxahların SEPAH-a qarşı qarayaxma fəaliyyətlərinin alətinə çevrildiyi”ni deyib. Bəsic Qüvvələri və Əli Xamneyinin tərəfdarları qarşısında tez-tez çıxış edən Həsən Abbasi səsləndirdiyi fikirlərə görə 2016-cı ildə İran ordusunun şikayəti əsasında saxlanılıb. O, bir neçə gündən sonra sərbəst buraxılmışdı.

Xatırladaq ki, İran saxta ittihamlarla həbs edərək girov saxladığı jurnalist Ceyson Rzayiyanı 2016-cı ilin yanvar ayının 16-da, nüvə razılaşmasının əməli olaraq icra edilməsinə start verilən gün azadlığa buraxılmışdı. İki ölkə arasında baş tutan tarixi məhbus mübadiləsi zamanı ABŞ İranın dondurulmuş aktivlərindən 1.7 milyard dollarını rəsmi Tehrana qaytarmışdı. (cebhe.info)

Digər Dünya xəbərləri