Tarix: 04-11-2019 09:40                                                                                                 Oxundu:24

Ərdoğan Suriya ilə sərhəd bölgəsinə səfər edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlı Urfa bölgəsinə səfər edərək burada fəaliyyət göstərən Birgə Hərəkət Mərkəzində (BHM) olub.
Azərtac xəbər verir ki, burada dövlət başçısına Türkiyə ordusunun Suriyada Fərat çayının şərqində həyata keçirdiyi “Sülh çeşməsi” antiterror əməliyyatının vəziyyəti barədə məlumat verilib.

Səfər çərçivəsində zabit və əsgərlərlə bir araya gələn Prezident Rəcəb Tayyib Ərdoğan dövlət orqanları və bələdiyyələrə baş çəkib, yerli əhali ilə görüşüb.
Qeyd edək ki, Şanlı Urfada hərbi hissədə fəaliyyət göstərən Birgə Hərəkət Mərkəzində Türkiyə və ABŞ-ın quru qoşunlarından ibarət birliklərin Suriya ərazisində Fərat çayının şərqində ortaq antiterror əməliyyatı aparması məqsədilə yaradılıb.