Tarix: 05-07-2019 09:55                                                                                                 Oxundu:85
Virtual karabakh

Zelenskinin mətbuat xidmətindən kobud səhv

Ukrayna prezidenti Vladimir Zelenskinin mətbuat xidməti kobud səhvə yol verib.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar Kanadanın paytaxtı kimi Ottavanı yox, Torontonu qeyd ediblər.

Ukrayna liderinin Kanadaya səfəri haqda yayımlanan bildirişdə Zelenskinin Kanadanın Toronto şəhərində keçiriləcək beynəlxalq konfransda iştirak edəcəyi yazılıb. Daha sonra mətbuat xidməti səhvini düzəldərək Torontonu ölkənin ən böyük şəhəri adlandırıb.

“Strana.ua”nın məlumatına görə, səhvi, ilk olaraq, Ukrayna Ali Radasının vitse-spikeri, eks-prezident Petro Poroşenkonun tərəfdarı İrina Qeraşenko görüb. Onun sözlərinə görə, belə şeyləri beşinci sinifdə coğrafiya dərsində keçirlər.