Tarix: 11-06-2019 11:31                                                                                                 Oxundu:33
Virtual karabakh

Bu fotodakı şəxs şəhid atası deyil

Sosial şəbəkələrdə son şəhidin atası kimi təqdim edilən və müxtəlif həssas reaksiyalara səbəb olan foto ilə bağlı kiçik bir araşdırma aparmışıq.

“Qafqazinfo” xəbər verir ki, bu gün səhər saatlarından bir çox sosial şəbəkə istifadəçilərinin şəhid atasının görüntüsü kimi paylaşdığı şəkil əslində, Azərbaycanda deyil, 2014-cü ildə Türkiyədə lentə alınıb.

Həmin vaxt Ermenek mədənində qəza baş verib və sözügedən şəxsin oğlu da orada həlak olub.

Qeyd edək ki, sözügedən fotonu paylaşanlar arasında tanınmış ictimaiyyət nümayəndələri də var. Belə həssas mövzuda paylaşım edərkən ən azı onların diqqətli olması vacibdir.

Bu fotodakı şəxs şəhid atası deyil