Tarix: 09-02-2018 08:21                                                                                                 Oxundu:158
Virtual karabakh

Afrində növbəti qarşıdurma — 10 əsgər yaralandı

Türkiyə tərəfindən Suriyanın Afrin bölgəsində həyata keçirilən "Zeytun budağı" əməliyyatının 19-cu günü də qanlı toqquşmalarla yadda qalıb.
AZTB.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat çərçivəsində Burseya və Darmık dağları arasındakı ərazidə terrorçularla atışma baş verib.

Nəticədə 5 türk, 5 Azad Suriya Ordusu əsgəri yaralanıb və dərhal Kilis Dövlət Xəstəxanasına çatdırılıblar.