Tarix: 14-09-2020 07:15                                                                                                 Oxundu:21

“SAB”dan daha bir şikayət: Kolbasadan millçək çıxdı - FOTOLAR

“SAB”dan daha bir şikayət: Kolbasadan millçək çıxdı - FOTOLAR

Son zamanlar “SAB” ət məhsulları firmasına məxsus olan kolbasa və sosislər haqda saysız-hesabsız şikayətlər sosial şəbəkələrdə paylaşılır.

Azsiyasət.com-a istnadən xəbər veririk ki, onlardan biri də “Bravo” marketdən alınan kolbasa məsuludur. “SAB”a məxsus kolbasa alan Orxan Hüseynli adlı müştəri kolbasanı doğradıqda, gördüklərindən dəhşətə gəlib. Kolbasanın içindən milçək çıxıb:

“DİQQƏTLİ OLUN! "Bravo" marketdən doğradaraq "SAB" kolbasası aldım. Evə gəldim, uşaq dedi ata, kolbasanın içində nəsə var, diqqətlə baxdım ki, milçəkdir. Ürəyimiz ağzımıza gəldi, Allahdan uşaqlar diqqətlidir ki, yeməyib. Marketə şikayət etdim, istehsalçı firma gəlsin, cavab versindedim.

2 aydı “SAB” firmasının heç vecinə deyil, heç bir məsul şəxs cavabdehlik daşımır. Telefonlarına heç bir halda cavab verilmir. Zaman itirmədən Qida Təhlükəsizlik Agentliyinə bildirdim. Dedilər araşdırılıb cavab veriləcək. 2 aydan çoxdur, heç bir formada cavab verilməyib. Dəfələrlə zəng etmişəm, deyirlər cavab veriləcək. Halbuki, qanunvericiliyə əsasən, 15 gün zəruri halda 30 gün ərzində vətəndaşın müraciətinə cavab verilməlidi.

Ama maraqları nədirsə, işi fırlayıb dururlar. Eləcə də marketin çağrı mərkəzi heç bir nəticəyə gətirmədi. Həqiqətən dəhşətə gəlirəm. Gündəlik kolbasanın içərisində milçək çıxıbsa əslində bütün cavabdehlər ələ ayağa düşməlidirlər. Ama bunlar o qədər rahatdırlar ki, heç işlə maraqlanmırlar belə. Mən heç kimin haqqına girməyim deyə bu qədər müddət gözlədim ki, bəlkə sivil formada açıqlama verilər və üzrxahlıq edilər. Ama olmadı.

Ona görə qoy hamı bu hadisədən xəbərdar olsun ki, siz də mənim kimi kolbasada sürpriz həşəratla qarşılaşa bilərsiz”, – deyə bildirilib.
P.S. Qarşı tərəfin cavabını da yayımlamağa hazırıq.
“SAB”dan daha bir şikayət: Kolbasadan millçək çıxdı - FOTOLAR
“SAB”dan daha bir şikayət: Kolbasadan millçək çıxdı - FOTOLAR

Digər Dünya xəbərləri