Tarix: 02-06-2020 16:44                                                                                                 Oxundu:30

Bu ay 10 gün iş OLMAYACAQ

İyun ayında Azərbaycanda iki bayram 15 İyun – Milli Qurtuluş Günü və 26 İyun – Silahlı Qüvvələr Günü qeyd ediləcək.

XəzərXəbər xəbər verir ki, Nazirlər Kabinetinin 2019-cu il 2 dekabr tarixli 712s nömrəli Sərəncamına əsasən həmin günlər qeyri-iş günüdür.

Beləliklə, bu ay şənbə və bazar günləri də daxil olmaqla 5 günlük iş həftəsində çalışanlar üçün 10, 6 günlük iş həftəsində çalışanlar üçün isə 6 gün qeyri-iş günü olacaq.