Tarix: 10-02-2020 16:16                                                                                                 Oxundu:32

Rektor deputat oldu

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb.

Axar.az xəbər verir ki, nəticələrə əsasən, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizədliyini irəli sürən Ceyhun Məmmədov 62,7% səslə rəqiblərini qabaqlayıb.

Qeyd edək ki, C.Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun rektorudur.