Tarix: 06-11-2019 11:20                                                                                                 Oxundu:17

İsrail səfirinin Azərbaycandakı diplomatik missiyası başa çatır

İsrail səfiri Dan Stavın Azərbaycandakı diplomatik missiyası başa çatır.

Bu barədə “Report”a İsrailin Azərbaycandakı səfirliyindən bildirilib.

Məlumata görə, D.Stav noyabrın 21-də Bakını tərk edəcək.

Onu bu vəzifədə İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Corc Dik əvəz edəcək.