Tarix: 11-09-2019 14:17                                                                                                 Oxundu:13

Sumqayıt, Şamaxı və Ağstafada qaz kəsiləcək

Sumqayıt, Şamaxı və Ağstafanın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İB-dən “APA-Economics”ə verilən məlumata görə, yeni çəkilmiş qaz kəmərlərinin mənbəyə birləşdirilməsi, aşkar olunmuş qaz sızmasının ləğvi, eləcə də qaz xətlərində təmir və sazlama işlərinin aparılması məqsədilə bu gün saat 10:00-dan 17:00-dək Şamaxı rayonunun mərkəzində və 1 qəsəbədə, həmçinin saat 10:00-dan Sumqayıt şəhərinin Kimyaçılar, Kotec qəsəbələrində, Xəzər bağları yaşayış sahəsində və bir neçə məhəllədə, saat 14:30-dan isə Ağstafa rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq.