Tarix: 10-09-2019 16:16                                                                                                 Oxundu:17

Rövşən Bağırovun durumu gərgindir - İcra başçısına cinayət işi açıla bilər

Son günlər ünvanına ağır ittihamlar səslənən Lerik rayon icra hakimiyyətinin başçısı ilə əlaqədar qərar verilib. Bu barədə DİA.AZ-a məlumatlı mənbə informasiya verib. Qaynaq iddia edir ki, Rövşən Bağırov məhz xalqda narazılıq yaratdığına görə hədəfə çevrilib.

Mötəbər mənbədən dia.az-a verilən məlumata görə, Bağırovla bağlı sərəncamın yaxın günlərdə verilməsi gözlənilir:

"Rövşən Bağırova qarşı konkret ittiham da var. Hələlik araşdrma gedir. Söhbət dünənki rüşvət qalmaqalından gedir. Bu məsələ araşdırmaya götürülüb. Yaxın günlərdə nəticəsi rəsmən elan olunacaq".